Paşinyan: Ermənistan-Türkiyə sərhədinin açılması region üçün mühüm hadisə olacaq

13:51 | 10.04.2024
Paşinyan: Ermənistan-Türkiyə sərhədinin açılması region üçün mühüm hadisə olacaq

Paşinyan: Ermənistan-Türkiyə sərhədinin açılması region üçün mühüm hadisə olacaq

Ermənistan Türkiyə ilə üçüncü ölkə vətəndaşları üçün dövlət sərhədinin açılması və diplomatik münasibətlərin normallaşması ilə bağlı razılaşmaların həyata keçirilməsini gözləyir.

TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Əldə olunan və rəsmi şəkildə qeydə alınan razılaşmaların icrasını gözləyirik. Bu, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistan və Türkiyənin dövlət sərhədinin açılması ilə bağlıdır. Ümumiyyətlə, Ermənistan-Türkiyə sərhədinin açılması region üçün mühüm hadisə olacaq”, - o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM