Paşinyan Ermənistanın Avropa İttifaqına daxil olmasından danışıb

14:14 | 01.07.2024
Paşinyan Ermənistanın Avropa İttifaqına daxil olmasından danışıb

Paşinyan Ermənistanın Avropa İttifaqına daxil olmasından danışıb

Avropa İttifaqına daxil olmaq üçün Ermənistanda referendum keçirilməsi məqsədəuyğun deyil, lakin Ermənistan xalqının Avropa istəkləri var. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. 

Paşinyan onu da qeyd edib ki, Ermənistanda demokratiya baxımından kifayət qədər dəyişikliklər baş verib.

"Bildirməliyəm ki, Ermənistanda demokratiya baxımından ciddi dəyişikliklər baş verib. Məsələn, Ermənistanda "seçkilərin saxtalaşdırılması", "seçkilərin nəticələrinin saxtalaşdırılması” ifadələri artıq tarixi janrda təsnif edilir. Bu çox vacibdir.  Yol onilliklər ərzində bərbad vəziyyətdə olanda və birdən-birə əsaslı təmirə məruz qalanda, bu, cəmi bir həftə insanlara xəbərdir, ondan sonra bu, adi haldır və artıq heç kimi təəccübləndirməyəcək və sevindirməyəcək. Çünki onlar sevinirdilər, sonra hər şey bitdi, indi onlara sevinmək üçün yeni səbəblər lazımdır”, - Ermənistanın baş naziri bildirib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti