Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya gedib. Bu barədə Ermənistan mətbuatı yazıb.
Səfər çərçivəsində baş nazirin Fransa prezidenti Emmanuel Makron və baş nazir Mişel Barnier ilə görüşü gözlənilir.
Nikol Paşinyan Beynəlxalq Frankofoniya Təşkilatının növbəti sammitində də iştirak edəcək.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü deputat Fariz İsmayılzadə hesab edir ki, Paşinyanın Fransaya səfəri sülh prosesindən uzaqlaşmaq risklərini artıra bilər.
"Fransa Ermənistanı daha dərindən dəstəkləyir. Bura həm hərbi, həm də maliyyə dəstəklərini daxil etmək olar. Paşinyanın Fransadakı görüşündən yaxşı nəticələr gözləmək çətin olar. CƏnubi Qafqaz üçün risklər yarana bilər. Həm də sülh prosesindən uzaqlaşmaq vəziyyəti yaranacaq. Fransa Cənubi Qafqazı yenidən bölmək və təsir altına salmaq istəyir. Bu cür görüşlərin məqsədi də elə bu səbəblərdir", - deputat anews.az-a açıqlamasında deyib.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !