Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan Ermənistana qayıdan vətəndaşların problemərin həlli üçün maliyyə yardımı istəyib. Bu barədə baş nazir Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Janez Lenarçiçlə görüşündə söyləyib.
Bundan əvvəl Nikol Paşinyanın Ermənistanın Qarabağdan qayıdan şəxsləri üçün 20 milyon dollar ayrıldığını açıqlayıb.
ABŞ da Qarabağ ermnilərinə dəstək olmaq üçün 11,5 milyon dollar ayırıb. Bundan sonra isə Yaponiya və İtaliya hər biri 4 milyon avro ayırdığını qeyd edib.
Ermənistan mətbuatı Qarabağdan gedən erməniəsilli vətəndaşların 100 mindən çox olduğunu yazıb. Rəsmi Bakı sayla bağlı hər hansı təsdiq və təkzib məlumatı paylaşmayıb.
BMT-nin missiyası sentyabrın 30-da Qarabağa səfər edib. Səfər çərçivəsində Qarabağda hər hansı etnik təmizləmənin olmadığını bildirərək qeyd edib ki, hazırda Qarabağda 50-1000 arası erməni vətəndaşı qalıb.
Qarabağdakı separatçı rejim yanvarın 1-dən özünü buraxmaqla bağlı qərar qəbul edib və erməni vətəndaşlara Azərbaycanın reinteqrasiya prosesinə daxil olması ilə bağlı təkliflərini təqdim edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !