Paşinyan məhkum edilmiş azərbaycanlılardan danışıb

15:49 | 24.11.2023
Paşinyan məhkum edilmiş azərbaycanlılardan danışıb

Paşinyan məhkum edilmiş azərbaycanlılardan danışıb

Paşinyan məhkum edilmiş azərbaycanlıların erməni əsirlərlə dəyişdirilməsini təklif edib. Bu barədə Ria Novosti məlumat yayıb.
 
O,  İrəvanın Ermənistanda məhkum olunmuş Azərbaycan vətəndaşlarını "hamını hamıya” prinsipi ilə erməni məhbuslarla dəyişməyə hazır olduğunu bəyan edib.  
 
"Məhkumlar problemi daim diqqət mərkəzindədir. Təəssüflə bildirməliyəm ki, bu sırf humanitar məsələdən siyasi məqsədlər üçün istifadə olunur, bu, çox da məntiqli deyil. Bildirmiik və yenə bildiririk ki,  bu məsələdə çeviklik göstərməyə və məhbuslarımızın qaytarıması üçün Azərbaycanla işləməyə hazırıq. Danışıqların aparılması görülən istiqamətlərdən biridir.  Bundan başqa, biz Ermənistanda məhkum olunmuş azərbaycanlı məhbusları "hamı hamıya” prinsipi əsasında məhbuslarımızla dəyişdirməyə hazır olduğumuzu bildirmişik”, - deyə Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırıb.
 
Bundan əlavə, o, Ermənistanın bu məsələ ilə bağlı beynəlxalq hüquqi orqanlara müraciət etdiyini bəyan edib. Paşinyan məhbusların qaytarılması prosesindən razı qalmadığını bildirərək 2020-ci ildən indiyədək Azərbaycandan Ermənistana 100-dən çox məhbusun qaytarıldığını xatırladıb.
 

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov qeyd edir ki, terrorçu əməlləri ilə istintaqa cəlb olunmuş şəxslər ilə bağlı Azərbaycan güzəştə getməyəcək.

 

"Burada söhbət əsir düşmüş və barələrində məhkəmə hökmü olan erməni hərbçilərdən gedir. Biz onları hamı hamıya prinsipi ilə dəyişdirə bilmərik. Azərbaycana qarşı cinayət törətmiş şəxslərə yumşaqlıq göstərmək fikrindən uzağıq. Belə arzu və niyyət dilə gətirilmir və gətirilməyəcək. Bizim əsgərlərin "törətdiyi cinayətlə” erməni seperatizminin cinayətləri arasında fərq var. Bu baxımdan düşünmürəm belə qərar verilsin və addım atılsın”, - ekspert bildirib.

 

Hərbi məsələlər üzrə ekspert Azər Bayramov bildirir ki, dəyişdirilmə yalnız hərbi əsirlər arasında ola bilər, hərbi cinayət törətməkdə təqsirləndirilənlərin dəyişdirilməsi məsələsi nəzərdə tutulmur.

 

 

"Burada söhbət hərbi əsirlərdən gedir. Hərbi əsir o deməkdir ki, döyüş şəraitində və ya hər hansı müharibə başa çatdıqdan sonra əsir düşüb. Biri də var hərbi cinayət törətmiş şəxslər. Bu şəxslər hərbi əsir sayılmır. Bir çox beynəlxalq təcrübəyə baxanda - məsələn, ən demokratik ABŞ-ı götürürüksə, onların özündə də, Əfqanistanda, İranda, hətta öz hərbçiləri də var ki, hərbi cinayət törədib və onları məsuliyyətə cəlb ediblər. Yəni hərbi cinayət törətmiş şəxslər mülki insanlara qarşı konkret qətliam törətmiş, hərbi cinayətdə əli olmuş insanlar, terrorçulardır. Haaqa konvesiyasında, Cenevre konvesiyasında müharibəni təsdiqləyən qanunlar var. Məhz o şəxslər ki, seperatçı və terrorist kimi həbs olunub, onların həbsi istər beynəlxalq hüquqda, istərsə də Azərbaycanın konstitusiyon hüququnda qanunidir və onlar hərbi əsir sayılmır. Dəyişilməsi zamanı onların həmin siyahıya aid ediləcəyinə inanmıram”, - ekspert vurğulayıb.

 



 N.Təbrizli
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti