• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Paşinyanın istefasını tələb edən etirazçılar paytaxt küçələrini bağlayıblar

Paşinyanın istefasını tələb edən etirazçılar paytaxt küçələrini bağlayıblar
13.05.2024 09:35
Ermənistanda müxalifət təmsilçiləri Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvan küçələrini bağlayıblar. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, insanlar skamyalar və zibil qutuları ilə küçələri bağlayır. Aksiyaların keçirildiyi yerə polislər gəlir, saxlanılanlar var.
 
Aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması  ilə bağlı Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə edilib.
 
Bundan sonra aprelin 20-dən başlayaraq razılığa görə, Paşinyana qarşı etiraz aksiyalarına başlanılıb. 
 
Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan "Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz ediblər. Hərakat zamanı Paşinyanın istefa verməsi üçün 1 saat vaxt qoyulub, lakin o istefa verməyib. 
 
Aksiya başlanandan aksiyasının 12 iştirakçısı saxlanılaraq həm İrəvanda, həm də Vayots Dzorda polis bölmələrinə aparılıb.
 
Aygün 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Dünya 21:59
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Almaniya kansleri ABŞ-a səfər edəcək
Dünya 19:09
Almaniya kansleri ABŞ-a səfər edəcək
Ərdoğan və Orban telefon danışığı aparıb
Dünya 16:45
Ərdoğan və Orban telefon danışığı aparıb
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Dünya 15:48
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
Dünya 14:43
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
İranda 17 tələbə qazdan zəhərlənib
Dünya 09:46
İranda 17 tələbə qazdan zəhərlənib
Ali Məhkəmə Trampa 500 mindən çox miqrantı deportasiya etməyə icazə verib
Dünya 08:57
Ali Məhkəmə Trampa 500 mindən çox miqrantı deportasiya etməyə icazə verib
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Dünya 00:06
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Tramp Maska Ağ Evin qızıl açarını təqdim edib
Dünya 23:25
Tramp Maska Ağ Evin qızıl açarını təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol