“Lakin Allahın altında haqqı gizlətmək olmaz”.
Kiyev patriarxı Filaret Rusiya prezidenti Putini şeytana qulluq etməkdə günahlandırıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Kiyev patriarxı Filaret prezident Vladimir Putini və RF rəhbərliyini Ukraynada başlatdıqları münaqişəni dayandırmağa və qan tökülməsinin qarşısını almağa çağırıb.
O qeyd edib ki, çoxsaylı təkzibedilməz dəlillər, beynəlxalq aləmin müşahidəçilərinin gəldikləri nəticələr də belə deməyə əsas verir və təsdiq edir ki, baş verən qanlı və terror hadisələrinin arxasında RF-nin xüsusi xidmətləri dayanır. Baş verən qarışıqlıqlara görə Rusiyanın siyasi rəhbərliyi məsuliyyət daşıyır. Filaretin belə bir bəyanatını Ukrayna Pravoslav kilsəsinin mətbuat xidməti yayıb.
“Rusiyanın xüsusi xidmət hissələrinə bu hissələrə cəlb edilmiş Ukrayna vətəndaşları və Rusiya muzdluları qarışıqlığın baş verməsinin miqyasını çoxaldır, qurbanların sayını artırırlar ki, beynəlxalq təşkilatları Ukrayna vətəndaşının öz vətənindən narazı olmasına inandırsınlar. Bu kampaniyanın iştirakçıları və təşkilatçılarına xatırlatmaq istəyirəm ki, yalan yaymaq şeytana xidmət etməkdir.
Rusiya hakimiyyəti pislik etməklə həqiqəti gizlədir, onlar Krımı zəbt edərkən də belə etmişdilər. Lakin Allahın altında haqqı gizlətmək olmaz. O, hər şeyi görür, hər kəsi əməyinə görə mükafatlandıracaq. Ona görə də Rusiya hakimiyyətini qan tökməməyə, bir daha düşünməyə və üzərinə böyük günahlar götürməməyə çağırıram” - deyə Filaret öz müraciətini tamamlayıb.
ANN.Az