Patruşev və Mehdiyev Bakıda məsləhətləşmələr aparıblar

18:33 | 29.09.2017
Patruşev və Mehdiyev Bakıda məsləhətləşmələr aparıblar

Patruşev və Mehdiyev Bakıda məsləhətləşmələr aparıblar

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana gəlib.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, RF Təhlükəsizlik Şurasının katibi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə dini ekstremizm və terrorçuluqla mübarizə mövzularında müzakirələr aparıb.

RF TŞ mətbuat xidmətindən mənbəyə bildirildiyinə görə, Patruşev və Mehdiyev Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıblar.

"Regional təhlükəsizlik, dini ekstremizm və terrorçuluqla mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq mövzusu müzakirə olunub”, - məlumatda bildirilir. Məsləhətləşmələrə yekun vuraraq Patruşev qeyd edib ki, Rusiya ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli gündəlik məsələlər üzrə strateji tərəfdaşlığın inkişaf etmiş xarakteri ilə seçilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti