Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

19:31 | 04.09.2024
Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir


Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 6-dan 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Bu barədə AYNA-dan məlumat verilib.

Məhdudiyyətlə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ramiz Quliyev, Cavanşir, Ceyhun Həsənov, Aşıq Ələsgər və Vunqtau küçələri, eləcə də Gəncə prospekti ilə təşkil ediləcək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM