Bakının Xətai rayonundaki Həzi Aslanov qəsəbəsində yeni qapalı tipli yarımstansiya tikilir.
Trend "Bakıelektrikşəbəkə" ASC-nin rəsmi saytına istinadən məlumat verir ki, köhnə yarımstansiya sökülüb və onun yerində gücü 110/35/6 kilovat olan müasir yarımstansiya tikilir.
İki ədəd 40 meqavatlıq transformatorun quraşdırılması nəzərdə tutulur. Yeni yarımstansiya iki mərtəbədən ibarət olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !