Paytaxtın əsas prospektində yolun bir hissəsi bağlandı

13:00 | 16.01.2015
Paytaxtın əsas prospektində yolun bir hissəsi bağlandı

Paytaxtın əsas prospektində yolun bir hissəsi bağlandı

Yanvarın 15-dən etibarən paytaxtın Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişdiyi yerdəki yol ötürücüsünün 20 Yanvar dairəsinə gedən istiqamətdəki hissəsi bağlanıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, yolun bağlanmasına səbəb yol ötürücüsünün giriş-çıxışındakı temperatur tikişlərinin deformasiyaya məruz qalmasıdır. Hazırda həmin yol ötürücüsündə temperatur tikişləri yenilənir: "Adətən temperaturun təsirindən yay vaxtı aşırım qurğusu uzanır, qış vaxtı isə qısalır. Deformasiya tikişi isə yol ötürücüsünün aşırım qurğusunun temperaturun təsirindən uzanıb-qısalmasını, sərbəst deformasiyasını təmin edir”.

Onun sözlərinə görə, 3-4 gün ərzində 20 Yanvar dairəsi istiqamətindəki yol açılacaq, daha sonra isə əks istiqamətdəki yol istifadəyə veriləcək. Buna baxmayaraq, hazırda köməkçi yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

"Azəryolservis” sözçüsü əlavə edib ki, bəzi KİV-də bu yol ötürücüsünün guya Z.Bünyadov prospektinin yenidən qurulması zamanı istismara verildiyinə dair məlumat yer alır. Əslində bu yol ötürücüsü 2006-cı ildə istismara verilib və onun Z.Bünyadov prospektinin yenidən qurulması ilə heç bir əlaqəsi yoxdur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM