Son zamanlar uşaqlar arasında yüksək temperaturla müşahidə olunan xəstəlik yayılıb. Bu simptomla övladını müayinə etdirən valideynlərin sözlərinə görə, bununla bağlı verdikləri analizin nəticəsində influenza olduğu müəyyən edilib.
Elmi-Tədqiqat Pediatriya İnstitundan verilən xəbərdə məlumat təsdiqlənib. İnstitutdan bildirilib ki, hazırda uşaqlar arasında kəskin respirator xəstəliklər müşahidə olunur və bunların törədiciləri influenza virusudur:
"Cəmiyyətdə qrip kimi də tanınan influenza asanlıqla əsasən, hava-damcı yolu ilə yayılan yüksək yoluxuculuq ehtimalı olan respirator xəstəlikdir. Bu xəstəliyə ən çox qış mövsümündə rast gəlinir.
Yoluxmuş şəxs öskürən və ya asqıran zaman tərkibində virus olan kiçik damcılar (infeksion damlalar) havada yayılır və yaxınlıqdakı insanları yoluxdura bilir. İnfeksiya qrip virusu ilə çirklənmiş əllər vasitəsilə də keçə bilər. Əksər hallarda xəstəlik yüngül keçir. Virusa daha çox 0-5 yaşlı uşaqlar yoluxurlar”.
Məlumatda bildirilir ki, qrip əlamətləri adətən xəstə insanla təmasdan 1-4 gün sonra görünür:
"Bu simtomplara bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, zökəm, ümumi yorğunluq, baş-əzələ ağrısı, ümumi zəiflik, iştahasızlıq, üşütmə kimi əlamətlər daxildir. Böyüklərdən fərqli olaraq uşaqlarda daha çox rast gəlinən əlamət qusma və ya ishal ola bilər. Hərarətin normadan yüksəyə qalxması da müşahidə oluna bilər.
Həmçinin qeyd edilib ki, virus xəstəliklərinin müalicəsi əsasən simptomatik aparılır:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !