Pegasus-a viza verilmədi

13:29 | 07.01.2016
Pegasus-a viza verilmədi

Pegasus-a viza verilmədi

Rusiya Türkiyənin Pegasus aviaşirkətinə qəsdən viza verməməsinə dair ittihamları rədd edir.

Türkiyənin Nəqliyyat naziri Binali Yildirim yanvarın 6-da Rusiyanı beynəlxalq aviasiya qaydalarını pozmaqda ittiham edib, belə ki, Pegasus-un heyət üzvlərinə viza verilməyib. Pegasus viza məsələsinə görə yanvarın 13-dək Rusiyaya uçuşları dayandırıb.

Rusiyanın Xarici İşlər Nazirliyi isə bildirib ki, şirkət viza üçün İstanbuldakı Rusiya konsulluğuna yanvarın 6-da günorta müraciət edib. Nazirlik onu da bildirib ki, Türkiyənin Onur Air aviaşirkəti viza üçün, ümumiyyətlə, müraciət etməyib. Onur Air Rusiyaya uçuşları yanvarın 14-dək ertələyib.

Moskva yanvarın 1-dən türklər üçün vizasız rejimi ləğv edib. Türkiyə noyabrda hava məkanını pozan Rusiya təyyarəsini vurandan sonra iki ölkənin münasibətləri pisləşib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM