Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev dünən səhərə yaxın Penitensiar xidmətin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş verən yanğının səbəbini açıqlayıb.APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən M.Quliyev bildirib ki, yanğına səbəb tibb bacısının ehtiyatsızlığı olub. Onun sözlərinə görə, tibb bacısı "Tefal" markalı su qızdırıcısını elektrik şəbəkəsinə qoşulu vəziyyətdə qoyduğu üçün qısaqapanmadan yanğın baş verib. O bildirib ki, xidmətin əməkdaşları qısa zamanda səfərbər olduğundan yanğının qarşısını ala biliblər və müəssisədə müalicə alan məhbusların heç biri xəsarət almayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !