Pensiya bayrama kimi olacaq

12:49 | 26.02.2015
Pensiya bayrama kimi olacaq

Pensiya bayrama kimi olacaq

Novruz bayramına qədər pensiyalar qrafikdən əvvəl maliyyələşdiriləcək. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvar-fevral aylarında da pensiyaların maliyyələşdirilməsi prosesinin qrafikdən əvvəl yekunlaşdığını deyib.

Onun sözlərinə görə, neftin qiyməti ilə bağlı dəyişikliklər fonunda maliyyə dayanıqlığı DSMF-nin maliyyə göstəricilərində uğurla ifadə olunur.

"2014-cü ili əhəmiyyətli praktik məbləğ ilə başa vurmuşuq. Məhz bu cari ildə də maliyyələşməni vaxtında aparmağa imkan verir”.

Qeyd edək ki, E.Mehdiyev məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində bunun nəzərə alınacağını da açıqlayıb. //anspress.com

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM