2024-cü ilin yanvar-mayında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 mlrd. 649 milyon manat vəsait ödənilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% və ya 352 milyon manat çoxdur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında çıxışı zamanı bildirib ki, xüsisi şərtlə pensiya alanların göstəricisi təxminən 10%-dir. Onların pensiyası osial sığorta kapitalı ilə deyil, aldıqları əməkhaqqının faizi ilə ölçülür.
2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. Minimum pensiya alanların 7 min 109-u qadındır.
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamla 2023-cü il yanvarın 1-dən etibarən minimum əməkhaqqı 15 % artırılaraq 300 manatdan 345 manata, minimum pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılıb.
Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Onların 64,2 %-i yaşa, 23,5 %-i əlilliyə, 12,3 %-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.

Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !