ABŞ ordusu 9 ştatda kommersiya laboratoriyalarına və Cənubi Koreyada yerləşən hərbi laboratoriyaya səhvən öldürücü bakteriyaların canlı nümunələrini göndərdiyi üçün 20-dən çox insan qara yaradan profilaktiki müalicə alır.
Rəsmilər bildirir ki, ABŞ-da dörd laboratoriya işçisi və Seulun yaxınlığında yerləşən Osan hərbi hava bazasının 22 nəfərlik heyətinin Yutadan göndərilən qarayara bakteriyasına yoluxduqları güman edilir.
Canlı qarayara bakteriyalarını qəbul edən laboratoriyalar Kaliforniya, Delaueyr, Merilend, Nyu-Cersi, Nyu-York, Texas, Virciniya, Tennesi və Viskonsində yerləşir.
Pentaqon sözçüsü bildirib ki, laboratoriya işçilərinin infeksiyaya yoluxma halları təsdiq olunmayıb.
Pentaqon ABŞ-IN Xəstəliklərə Nəzarət Mərkəzinin təhqiqatı bitənədək qarayara bakteriyalarının göndərilməsinin dayandırılacağını bildirib. (Amerikanın səsi)
Erkən müalicə olunmazsa, canlı qarayara bakteriyası ilə təmas ölümcül ola bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !