Pakistan məhkəməsi sabiq prezident Pərviz Müşərrəfi dövlətə xəyanətdə ittiham edib.APA-nın “Frans-Press”ə istinadən verdiyi məlumata görə, ittihama əsasən, 2007-ci ildə Müşərrəf ölkədə fövqəladə vəziyyət rejimini elan etməklə, öz səlahiyyətlərini xeyli genişləndirib. Sabiq prezidentə 5 maddəlik ittiham irəli sürülsə də, o, özünü günahkar saymaqdan imtina edib. Pakistan qanunvericiliyinə əsasən, dövlətə xəyanət etmiş şəxsə ölüm hökmü yaxud da ömürlük həbs verilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !