Təhsil İnstititu tərəfindən 200 peşə təmayüllü siniflərdə monitorinqlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə Təhsil İnstitunun məlumatında deyilir.
Monitorinq peşə təmayüllü siniflərdə infrastrukturun vəziyyəti, maddi-texniki bazanın yararlılığının müəyyənləşdirilməsi, tədris prosesinin səmərəliliyi, şagird səriştələrinin inkişafı, proqnozların və inkişaf perspektivlərinin müəyyən edilməsi məqsədilə hazırlanmış fəaliyyət indikatorları əsasında peşəkar monitorinq mütəxəssisləri tərəfindən həyata keçirilir.
Hazırda Azərbaycanda 196 məktəbdə 4 min şagird peşə təmaüllü sinifdə oxuyur.
Bundan əvvəl nazir müavini bildirib ki, 2026-ci ilin sonuna kimi peşə təmayüllü siniflərin fəaliyyətini 15%-ə qədər artırılacaq.
Bundan əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov açıqlamasında söyləyib ki, 2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək.
Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub.
Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !