Rusiya Rəsmi Bakı ilə Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlıların taleyini müzakirə edəcək. Bu barədə Rusiya mətbuatı ölkə prezidentinin mətbuat katibi Dmitri Peskova istinadan yazıb.
Peskov bildirib ki, İrəvanla da təmaslar davam etdiriləcək.
"Rusiya sülhməramlıları de-fakto və de-yure Azərbaycan ərazisindədirlər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan tanıyır. Onların sonrakı qalma rejiminə və bununla bağlı bütün üsullara gəlincə, əlbəttə ki, bu, Azərbaycan tərəfi ilə müzakirə olunacaq”, - Peskov bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan oktabrın 10-da ölkənin İctimai televiziyasına müsahibəsində deyib ki, Qarabağda yerləşən sülhməramlıların qalması Ermənistan asılı deyil. O bildirib ki, Rusiya bununla bağlı Azərbaycanla müzakirələr aparır. Baş nazir vurğulayıb ki, onların fəaliyyəti barəsində məsələyə birbaşa cavabdeh şəxs deyil.
Rusiya Müdafiə Nazirliyi son 1 həftə ərzində Qarabağda sülhməramlıların bir neçə postunun bağlanmasını açıqlayıb.
Bundan əvvəl Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiyanın sülhməramlı missiyası gərgin vəziyyətdə Qarabağda daha çox tələb olunur.
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub.
Gülnar

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !