Ermənistanla Azərbaycana rasında dialoqlar davam etsə də, hələlik heç bir ciddi irəliləyiş yoxdur. Bunu Rusiya Prezidentinin mətbuat sözçüsü Dmitri Peskov deyib.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər.
Oktyabrın 5-də sepratçı rejimin keçmiş "rəhbərləri" Bako Saakyan və Arkadi Qukasyanı, həmçinin "parlamentin eks-spikeri" David İşxanyan barəsində Səəbail Məhkəməsi 4 aylıq həbs qərarı verib.
Onlar oktyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bundan əvvəl Azərbaycaın hüquq mühafizə orqanları qondarma rejimin keçmiş "preizdenti" Araik Arturyuanın saxlanması barəsində xəbər yayıb.
Azərbaycan separatçı rejimin "xarici işlər naziri" və "prezidentinin keçmiş köməkçisi" David Babayanın, o cümlədən Ermənistanın Qarabağdakı "hərbi qüvvələri komandanının keçmiş müavini" David Manukyanın və "keçmiş dövlət naziri" Ruben Vardaryanı saxlanması ilə bağlı açıqlama yayıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !