Peskov - Sülhməramlıların işi Bakı ilə müzakirə olunacaq

15:51 | 29.09.2023
Peskov - Sülhməramlıların işi Bakı ilə müzakirə olunacaq

Peskov - Sülhməramlıların işi Bakı ilə müzakirə olunacaq

Qarabağda müvəqqəti Rusiya sülhməramlıların iş mexanizmi artıq Bakı ilə müzakirə olunacaq. Bu barədə Rusiya Prezidnetinin mətbuat xidmətinin katibi Peskov deyib. 

"Hələlik çətin ki, kimsə bu suala cavab versin, çünki indi söhbət Azərbaycan ərazisində yerləşən missiyadan gedir. Bu, Azərbaycan tərəfi ilə müzakirəmizin mövzusu olacaq", - deyə Peskov bildirib.
 
Sentyabrın 29-da Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici mətbuata açıqlamasında deyib ki,  BMT-nin missiyası yaxın günlərdə Qarabağda yerləşə bilər. 
 
Sentyabrın 28-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatlarını razılaşdırmaq niyyətindədir və Azərbaycanın bunu qəbul etməyə hazır olmasından şaddır. 
 
Sentyabrın 19-da Azərbaycan hakimiyyəti Qarabağda lokal əməliyyat elan edib. Bakı əməliyyatın məqsədini genişmiqyaslı təxribatların qarşısının alınması, tərksilah edilməsi və Ermənistan ordusunun bölmələrinin bölgə ərazisindən çıxarılması kimi göstərilib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub.
 
Sentyabrın 27-də Əliyev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib ki, hazırda Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası istiqaçətində danışıqlar aparır.
 
Qondarma rejim yanvarın 1-dən özünü buraxması haqda qərar qəbul edib. 
 
Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları təklif edilib. 
 
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti