200-dən çox adamı daşıyan təyyarənin kapitan pilotunun uçuş zamanı vəziyyəti pisləşib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qorxu dolu anların yaşandığı təyyarəni sərnişinlər arasında olan başqa bir pilot yerə endirib.
Airways şirkətinə məxsus olan təcili enişi barədə qərar verən köməkçi pilot Samir Malhotranın axtardığı kömək isə təyyarədəki sərnişinlərdən birindən gəlib. Banqkokdan Dehliyə uçan təyyarədə olan yolçulardan birinin pilot olması yaşana biləcək faciənin qarşısını alıb.
Nəticədə 200-dən çox sərnişini daşıyan təyyarə kimsənin burnu qanamadan Qandi Beynəlxalq Hava limanına endirilib.
Vəziyyəti poisləşən kapitan pilotun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Modern.az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !