PKK hökuməti hədələdi

12:59 | 15.08.2015
PKK hökuməti hədələdi

PKK hökuməti hədələdi

Türkiyə Silahlı Qüvvələrinin (TSK) iyulun 24-də PKK terror təşkilatına qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Türkiyəni tərk edərək İrana sığınan Murat Karayılan bu ölkədən təhdid edici açıqlamalar verib. 

ANS PRESS-in məlumatına görə, PKK terror təşkilatının liderlərindən olan Karayılan bu əməliyyatların Türkiyə hökumətinə baha başa gələcəyini deyib. Terror təşkilatına yaxın tele-kanallardan birinə açıqlama verən Karayılan bu əməliyyatların AKP hökumətinin ən böyük səhvi olduğunu bildirib. 

Geriyə qayıtmaq üçün yol olduğunu deyən Murat Karayılan yenidən müzakirə masası ətrafında otura biləcəklərini deyib. 

"Biz problemin həli üçün səy göstəririk. Əgər səmimi və ciddi bir müzakirə prosesi başlasa biz buna hazırıq. Bunun üçün əvvəla lider Aponun (Abdullah Öcalan) müzakirə olunması üçün şərtlər düzəldilməlidir.” – deyə Karayılan açıqlamasında bildirib. 

İyulun 20-də Şanlıurfanın Suruc rayonunda baş verən terror hadisəsini bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirirdilər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə xəbərdarlıq etmişdi. 

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölmüş, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM