PKK lideri Yunanıstandan 20 min avro təzminat istəyir

15:00 | 09.11.2015
PKK lideri Yunanıstandan 20 min avro təzminat istəyir

PKK lideri Yunanıstandan 20 min avro təzminat istəyir

PKK-ın lideri Abdullah Öcalan Yunanıstandan 20 min avro təzminat istəyir.

ANS PRESS-in məlumatına görə, Türkiyəyə qaytarılması və ölüm cəzasına məhkum olmasına görə, Yunanıstanı günahlandıran Öcalanın 2008-ci ildə açdığı təzminat iddiasına bu gün baxılıb. 

Öcalanın qardaşı qızı, HDP millət vəkili Dilək Öcalan dayısına dəstək olmaq üçün iddianı izləməyə görə Afinaya gedib. 

Abdullah Öcalan 1999-cu ilin fevral ayında tutularaq Türkiyəyə gətirilməsində birbaşa Yunanıstanı günahlandırır. Onun sözlərinə görə, Keniya və ABŞ orqanları birlikdə PKK liderini tutaraq, Türkiyəyə təslim ediblər. Amma əslində Yunanıstan höküməti liderin, guya, ölkəsinə gətirilməsini və azadlıqla təmin edilməsini vəd versə də, amma bunu yerinə yetirmədiyinə görə, Öcalan simvolik olaraq, onlardan 20 min avro tələb edib. 

Öcalanın "dolayı yolla yanlış vəd" iddiasına bu gün Afina üç üzvlü məhkəməsində baxılacaq. 

Öcalanın vəkilləri Çingiz Çiçək və Ebru Günay isə məhkəmədə bunları söyləyiblər:

"Öcalanın təslim edilməsində yalnız Yunanıstan məsul deyil. Bir tək Yunanıstanı günahkar anlandıra bilmərik. Bu iddia ilə Öcalanın tutulması və Türkiyəyə aparılmasında başqa ölkələrin də qarışdığını sübut edə bilərik"

Öcalan müsahibələrin birində böyük güclərin Yaxın Şərqdəki planları üçün özünün mane olduğunu söyləyib: "Planlarını pozuram. Bunun üçün də kürdləri aradan qaldırmaq istəyirlər", - deyib. Böyük güclərin planları, Türkiyə ilə Yunanıstanın bir-birlərinə yaxınlaşmasına və aralarındakı gərginliyin azalmasına da səbəb olub. 

Bir çox Avropa ölkələri Öcalanın həbs olunması istəmirlər. Bu səbəbdən bir çox ölkələrdə, hətta, mitinqlər də həyata keçirilib. Bəzi ölkələrdə isə imzalar toplanılıb.

Məsələn, 2013-cü ildə PKK-çılar və tərəfdarları təşkilatın lideri Abdulla Öcalanın həbsdən azad olunması üçün Ermənistanda imzatoplama tədbirləri keçirirlər. Etibarlı mənbələrdən redaksiyaya daxil olan məlumata görə, onlar tərəfindən fevral ayının sonunadək Ermənistanda 11300 nəfərdən imza toplanılıb.

Abdulla Öcalanın 1978-ci ildə 19 nəfər ilə birlikdə Kürdüstan İşçilər Partiyasını yaradıb və o vaxtdan PKK lideridir. Öcalan 1999-cu ildə həbs olunaraq ömürlük İmralı həbsxanasına salınıb. 

Bir ara Türkiyə mətbuatında PKK lideri Abdullah Öcalanın erməni olduğu barədə məlumatlar da yayılıb. Türkiyə mətbuatının yazdığına görə, PKK kənardan kürd hərəkatı kimi görünsə də, əslində, gizli erməni təşkilatıdır və Anadolunu xristian torpağına çevirməyə, "Böyük Ermənistan” arzusunu reallaşdırmağa çalışır. Abdullah Öcalanın atasının erməni olduğu bildirilir. Belə ki, Abdullah Öcalanın doğulduğu kənd erməni kəndi olub və ailəsində onu Artin Akopyan adlandırıblar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM