Türkiyənin Diyarbəkir vilayətində PKK tərəfdarları hərbçilərə atəş açıb. ANS PRESS-in məlumatına görə, Diyarbəkir vilayətində bir qrup PKK tərəfdarı icazəsiz etiraz aksiyası keçirməyə cəhd edib. Onlar Diyarbəkir-Bingöl magistral yolunu bağlamaq istəyiblər. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib.Nümayişçilər jandarma qruplarını daşa basıb, onlara qarşı fişənglərdən və kustar üsulla hazırlanmış partlayıcı maddələrdən istifadə ediblər. Təhlükəsizlik qüvvələri isə etirazçılara qarşı gözyaşardıcı qaz sıxıb. Bu zaman nümayişçilərdən biri odlu silahdan atəş açıb. Nəticədə hərbçilərdən biri ayağından yaralanıb.Hazırda bölgədə etiraz aksiyası davam edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !