Rəhman Sahib oğlu Mustafayev Rusiyaya yeni səfir təyin edilib. Bununla bağlı Prezident sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Mustafayev Niderlandandakı səfir vəzifəsindən geri çağrılıb.
Rəhman Mustafayev 2022-ci il Niderlanda səfir kimi fəaliyyət göstərib.
Azərbaycanın Rusiyada indiyədək səfir vəzifəsini Polad Bülbüloğlu icra edib.
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində deputat kimi qatılan Bülbüloğlu Şuşa dairəsindən qalib gələrək səfir vəzifəsindən geri çağrılıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !