Diyarbəkirin Silvan qəsəbəsində yeni inşa edilmiş su anbarının təhlükəsizliyini qorumaq üçün polis bölməsi açılıb.
Amma yerli əhali və BDP-nin Diyarbəkir şöbə sədrinin də aralarında olduğu etirazçılar şöbəyə PKK-nın bayrağını və Öcalanın şəkillərini asıblar.
“Axar.az” xəbər verir ki, BDP-nin Diyabəkir şöbəsinin başçısı Zibeydə Zümrüd bölgədə təhlükəsizlik adı ilə əslində, polis qüvvələrinin artırılmasını hökumətin basqısı kimi dəyərləndirib. Bu üzdən də qoruyucuların qaldırılmasını və polis bölmələrinin ləğv edilməsini istəyənlər bölmə ətrafında ucaldılan daş hasarın bir hissəsini də söküblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !