Polis rəisi işdən çıxarıldı

14:43 | 16.04.2014
Polis rəisi işdən çıxarıldı

Polis rəisi işdən çıxarıldı

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov vəzifədən azad edilib. Lent.az-ın məlumatına görə, R.Səfərov sərəncama göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. Hazırda Astara RPŞ-nin rəisi vəzifəsini rəisin əməliyyat işləri üzrə müavini həyata keçirir. Bildirilir ki, R.Səfərov nazirliyinin növbəti kompleks-inspeksiya yoxlamasının nəticələri əsasında vəzifədən azad edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM