Ağcabədi rayon Polis Şöbəsinin rəisi, polkovnik Ənvər Ağayevin şikayəti əsasında rayonda fəaliyyət göstərən "Yəhya Petrol” yanacaqdoldurma məntəqəsinin sahibi Füzuli Rüstəmov məhkəmə zalında həbs edilib.
Ə.Həsənov qeyd edib ki, sahibkar F.Rüstəmov müraciətində ona məxsus yanacaq doldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə təzyiq etməsi, həmin məntəqənin bağlanmasını tələb etməsi, sahibkarıq fəaliyyətinə maneçilik törətməsi, həmçinin hər üç aydan bir 10 000 ABŞ dolları məbləğində rüşvət tələb etməsi barədə böhtan xarakterli fikirlər səsləndirib.
Ərizənin davamında bildirilir ki, Füzuli Rüstəmov iyulun 17-də onun qəbulunda olarkən iş adamı olduğunu. Xırdalan şəhərində yüksək mərtəbəli binalar tikdiyini, başqa bir rayonun Polis Şöbəsinin İstintaq Bölməsinin sabiq rəisi tutdurduğunu deyib: "Onun sözünü kəsib bütün bunların mənə aidiyyəti olmadığını dedim və getməsini xahiş etdim. Sentyabrın 28-də xidməti otağımda olarkən şöbənin dəhlizində səs-küy eşitdim, məlum oldu ki, Füzuli Rüstəmov istintaq bölməsinin rəisinin iş otağına gələrək baş təhqiqatçının icraatında olan yol-nəqliyyat hadisəsi törətmiş bir şəxs barəsində toplanmış materialın araşdırılmasına qanunsuz müdaxilə edib.
Həmin araşdırma materialı ilə əlaqədar şöbənin duracağında saxlanılan avtomobilin buraxılması ilə bağlı əsassız tələb irəli sürüb və şöbənin inzibati binasında səs-küy salaraq normal iş şəraitini pozan, ətrafdakılar üçün açıq hörmətsizlik ifadə edən xırda xuliqanlıq hərəkətlərinə yol verib. Həmin vaxt Füzuli Rüstəmovu öz xidməti otağıma dəvət edib məsələ ilə bağlı soruşduqda kobud və nəzakətsiz davranışlarını davam etdirərək mənimlə yüksək səs tonu ilə danışmağa başldı. Sonra mən Füzuli Rüstəmovun hərəkətlərinin qanun çərçivəsində aktlaşdırılması ilə bağlı göstəriş verdim və sonun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərildi. Məhkəmənin sentyabrın 29-da çıxardığı qərarla Füzuli Rüstəmov 5 gün müddətinə inzibati qaydada həbs edildi”.
Fotoda: Sahibkar Füzuli Rüstəmov
Füzuli Rüstəmovun videoçıxışından sonra rəhbərlik etdiyim polis şöbəsinin kollektivi, yaxın ətrafım və dostlarım arasında nüfuzdan düşdüm, səhhətimdə problemlər yarandı, bir həftədən artıq müddətə əmək qabiliyyətimi itirdim. Mənəvi iztirab çəkərək əsəb xəstəliyinə tutuldum və noyabrın 20-dən 29-dək ambulator müalicədə olundum və həmin müddətdə işə çıxa bilmədim”.
2021-ci il mayın 25-də məhkəmənin hökmü ilə Füzuli Rüstəmov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Füzuli Rüstəmovun qərardan verdiyi apellyasiya şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb. Sahibkar Rüstəmov yekunda Ali Məhkəməyə kassasiya şikayəti verib.
F.Rüstəmov bildirib ki, bundan sonra polisin mənə və ailə üzvlərimə qarşı qərəzli davranışından qorxdum: "Təhlükəsizliyimizin təmin olunması üçün müxtəlif dövlət orqanlarına şikayətlər yazdım, amma bu müraciətlərimə baxılmadığı üçün videogörüntü ilə ölkə rəhbərliyinə müraciət etdim. Məqsədim polis rəisinin qanunsuz hərəkətlərini ölkə rəhbərliyinə çatdırmaq olub”.
Həmçinin bildirilib ki, Füzuli Rüstəmovun yayımladığı video görüntüdən görünür ki, o, pozulduğunu hesab etdiyi hüquqlarının bərpa edilməsi və həmin pozuntulara yol vermiş vəzifəli şəxs barəsində tədbir görülməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edib.
"Vətəndaşların müraciətləri haqqında” qanuna görə dövlət orqanlarının və onların vəzifəli şəxslərinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.
Ali Məhkəmə yekunda həbs edilən Füzuli Rüstəmovun şikayətini qismən təmin edib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün geri qaytarılıb.(Kriminalqafqaz)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !