• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov Qarabağ müzakirəsinin Minsk Qrupu çərçivəsindən çıxarılmasına qarşıdır

Lavrov Qarabağ müzakirəsinin Minsk Qrupu çərçivəsindən çıxarılmasına qarşıdır
28.05.2020 23:07
ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin başqa "meydanlara köçürülməsinə” qarşı çıxış edirlər, bazar ertəsi ermənistanlı həmkarı Edvard Nalbandyanla Yerevanda birgə mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.

"Biz – Rusiya, ABŞ və Fransa – qətiyyətlə Dağlıq Qarabağ tənzimlənməsinin işgüzar, səbirli mükalimə əvəzinə tənzimlənmə ilə məşğul olmayan, beynəlxalq ictimaiyyət adından belə bir tapşırığı olmayan müxtəlif beynəlxalq meydançalara çıxarılmasına qarşıyıq”, - Lavrov deyib.

Onun sözlərinə görə, istənilən kəskin radikal addımlar "hər zaman aşkar olmasa da, tərəflərlə təmasda olan”, həmsədrlərin işini əngəlləyir.

Sergey Lavrov münaqişənin sırf dinc yolla həllinə sadiq qalaraq, Rusiyanın bundan sonra da "tənzimlənmənin tərəflər üçün qənaətbəxş, qarşılıqlı güzəştli əsasının işlənib hazırlanması işində yardım göstərmək üzrə səylərin davam etdirilməsinin zəruriliyində” əmin olduğunu qeyd edib.

"Bu, Rusiya Federasiyasının xarici siyasət prioritetlərindən biridir... Rusiya BMT Təhlükəsizlik Şurası tərəfindən kollektiv vasitəçi tanınmış ATƏT Minsk Qrupu həmsədrlər üçlüyünün üzvü olaraq, müsbət nəticəyə nail olmaq üçün bundan sonra da fəal rol oynayacaq”, - Sergey Lavrov qeyd edib.
Image caption Sergey Lavrov Qarabağ münaqişəsinin Minsk Qrupu formatında həllinin tərəfdarıdır

Bunları Rusiya xarici işlər naziri ötən həftə Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin Qarabağ münaqişəsi üzrə məruzə layihəsi ilə bağlı sualı cavablandıraraq deyib.
Robert Walter-in məruzəsi

Parisdə AŞPA Siyasi Məsələlər və Demokratiya Komitəsinin 4 noyabr tarixli iclası Komitənin üzvü Böyük Britaniyanı təmsil edən millət vəkili Robert Walter-in hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” sərlövhəli məruzə layihəsini dinləyib və bəyənmişdi.

Belə bir sərlövhəli məruzənin AŞPA komitəsinin gündəliyinə daxil edilməsi Ermənistan parlament nümayəndə heyətinin narazılığını doğurub, və Ermənistan nümayəndə heyəti artıq 2014-cü ildən "tənzimləmə prosesini xətərləyən” Qarabağ üzrə Komitənin "qərəzli” məruzəsinə boykot elan etmişdi.

Erməni tərəfi artıq məruzənin sərlövhəsi "münaqişə tərəflərindən birinin – Azərbaycanın – mövqeyini” əks etdirdiyi və beləliklə "onun [məruzənin] məzmunu və qənaətlərini bu başdan müəyyən edilmiş” kimi qiymətləndirmişdir.

Məruzənin Ermənistana ünvanlanan çağırışında "Ermənistan qoşunlarının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən çıxarılması və həmin ərazilərdə Azərbaycanın tam hakimiyyətinin bərpa olunması” tələb olunur.
Edvar Nalbandyanın şübhələri
Image caption Edvard Nalbandyan Qarabağ üzrə məruzə layihəsinin müəllifi, "Azərbaycanın dostu" olan britaniyalı millət vəkilinin qərəzsizliyində şübhələnir

Sözügedən "qalmaqallı” məruzə layihəsinin AŞPA Komitəsi tərəfindən bəyənilməsi ilə bağlı Ermənistan xarici işlər naziri britaniyalı millət vəkilinin qərəzsizliyinin şübhə doğurduğuna işarə etdi.

"İllər boyu Britaniya parlamentində Azərbaycanın Dostları qrupunun üzvü olan, Britaniya mətbuatının məlumatlarına görə, Bakıdan müxtəlif fondlar tərəfindən maliyyələşdirilən bir insan heç cürə qərəzsiz ola bilməzdi”, - Nalbandyan deib.

Nalbandyan Azərbaycanın Qarabağ münaqişəsinin müzakirəsini "başqa formatlara” keçirmək istədiyini bildirib.

O, Qarabağ probleminin tənzimlənməsi ilə məşğul olmaq üçün beynəlxalq birliyin mandatına malik olan yeganə təşkilat ATƏT-in Minsk Qrupu olduğunu bildirib.

"Başqa təşkilat və strukturların hər hansı müdaxiləsi sülh prosesinə maneə olar, bölgədə gərginliyin daha da artmasına səbəb ola bilər”, - Nalbandyan deyib. //bbc.com/azeri

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol