• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Avropa Məhkəməsi məsələlərə ikili standartlarla yanaşır

Deputat: Avropa Məhkəməsi məsələlərə ikili standartlarla yanaşır
29.05.2020 00:44
Avropa Şurası, ATƏT-in qurumları və bəzi beynəlxalq təşkilatlar kimi, Avropa İnsan Hüquqları Məhkəməsi də məsələlərə ikili standartlarla yanaşır, istədiyi adamlara haqq qazandırır, istəmədiyi adamları kənarda saxlayır.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev bəzi şəxslərin cəzadan yayınmaq üçün Avropa Məhkəməsinə müraciət etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycandan olan qaçqın və məcburi köçkünlər dəfələrlə Avropa Məhkəməsinə müraciət ediblər, lakin onların şikayətlərinə baxılmayıb.

Deputat qeyd edib ki, Ermənistan da daxil olmaqla, bir çox ölkələr Avropa Məhkəməsinin qətnamələrini yerinə yetirmirlər: "Bu qətnamələrin hamısı kağız üzərində qalıb".

Avropa Məhkəməsinin özünün də beynəlxalq hüquqla oyun oynadığını deyən T.Rzayev əlavə edib ki, əslində Avropa Məhkəməsi beynəlxalq hüququn normalarına, prinsiplərinə əsaslanaraq qətnamələr qəbul etsəydi, onların bütün ölkələr tərəfindən yerinə yetirilməsi vacib olardı: "Mən də hesab edirəm ki, belə bir qətnamələrin olması vacibdir. Bu məhkəmə qəti qətnamələr qəbul etməlidir. Ancaq ikili standartlardan yanaşdıqda buna heç bir əhəmiyyət verilmir”.

T.Rzayev bildirib ki, hər bir ölkənin də öz mənafeyi, hüquq normaları var: "Avropa Məhkəməsi Azərbaycanda müəyyən cinayətlərdə adı olan, müəyyən əməllər törədən insanların haqqında siyasi məhbus olması ilə bağlı qətnamələr qəbul edir. Ancaq halbuki Azərbaycan məhkəmələri dəfələrlə bu məsələlərə baxıb və xeyli sayda fakt var. Çox təəssüflər olsun ki, Avropa Məhkəməsi onlara bəraət verir, Azərbaycandan da tələb edir ki, bu adamlar azadlığa buraxılmalıdır, onlara müəyyən miqdarda kompensasiya ödənilməlidir. Hansı əsaslarla? Bu, əslində beynəlxalq normaların pozulmasıdır”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol