• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: "Səfirliklərin bağlanması müzakirə mövzusu deyil"

XİN: "Səfirliklərin bağlanması müzakirə mövzusu deyil"
28.05.2020 21:34
Azərbaycanın diplomatik nümayəndəliklərinin bağlanacağı haqqında məlumatın təqdim olunması obyektivlikdən kənardır və qeyri-ciddidir. 

Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"un sorğusunu cavablandıraraq deyib.

"Ümumiyyətlə, bu kimi yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər. Bütün digər dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyi sistemində də işin optimallaşdırılması və xərclərə qənaət edilməsi nəzərdən keçirilir", - H.Hacıyev deyib.

Diplomatik nümayəndəliklərlə bağlı XİN sözçüsü bildirib ki, bu barədə yekun qərar hələ qəbul edilməyib: "Bu barədə qərarların qəbul edilməsi diplomatik münasibətlərdə qarşılıqlı və siyasi yanaşmalar da daxil olmaqla, ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir. Hal-hazırda bu məsələ hökumət tərəfindən ciddi şəkildə baxılır. İkincisi burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir. O ki, qaldı fəxri konsulluqlara xarici siyasət və diplomatiyadan xəbəri olan hər kəs bilir ki, fəxri konsullar özləri öz xərclərini ödəyir və dövlət büdcəsindən onların saxlanması üçün heç bir vəsait ayrılmır. Kütləvi informasiya vasitələrindən bu kimi qeyri-dəqiq və yoxlanılmamış xəbərlər yazmamışdan öncə Xarici İşlər Nazirliyinə müraciət etmələri xahiş olunur".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol