• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov: "ATƏT sədrinin bu məsələ ilə ciddi məşğul olmasını istəyirik"

Lavrov: "ATƏT sədrinin bu məsələ ilə ciddi məşğul olmasını istəyirik"
29.05.2020 00:59
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla bu gün keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə edib.
 
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Rusiya xarici siyasət idarəsinin rəhbəri son günlər Azərbaycan-Ermənistan təmas xəttində gərginliyin daha da artmasından narahat olduğunu bildirib. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin şəxsən hərbi əməliyyatların dayandırılmasına çalışıb.

O, bununla yanaşı Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasına tərəfdar olduğunu diqqətə çatdırıb: "Münaqişənin nizamlanması ilə bağlı tapşırıqlar ATƏT-ə verilib və və indi alman sədrinin bu məsələ ilə ciddi məşğul olmasını istəyirik".

Sergey Lavrov həmçinin qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların davam etdirilməsində əlindən gələn köməyi əsirgəməyəcək: "Biz amerikalı, fransalı həmsədrlərə bu məsələdə kömək etməyə çalışırıq və bundan sonra da çalışacağıq. Mövqeyimiz vahiddir. Düşünürük ki, ATƏT-in həmsədrləri əsas funksiyanı yerinə yetirməkdə davam etməlidir. Bu, tərəfləri əsas problemdən uzaqlaşdıracaq, təhlükəsizliyi təmin edəcək, siyasi proses üçün şərait yaradacaq.

Biz tərəflərin etimadını qazanmayacaq digər hər hansı variantı dəstəkləmirik. "- deyə Sergey Lavrov qeyd edib.    

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol