• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"

29.05.2020 09:56
Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun.
 
"Report”un xəbərinə görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən tədbirdə deyib.

Mehriban Əliyeva bildirib ki, Azərbaycan tarixi torpaq olmaqla yanaşı, BMT-nin ən gənc üzvüdür: "Ölkəmiz 1992-ci ildə BMT-nin tamhüquqlu üzvü oldu. 25 ildə Azərbaycan xeyli inkişaf edib, dünyaya inteqrasiya edib. Elm, təhsil sahəsində islahatlar aparılıb. Qeyd etmək lazımdır ki, xalqımız böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, inkişaf edib. Azərbaycan BMT-yə üzv olarkən 5 il idi ki, Ermənistan-Azərbaycan münaqişəsi davam edirdi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizə xeyli ziyan dəyib, mədəniyyət abidələri dağıdılıb, şəhərlər yerlə-yeksan edilib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamələr qəbul edib”.

Azərbaycanın birinci xanımı qeyd edib ki, Azərbaycanda çadır düşərgələri ləğv edilib, orada yaşayan məcburi köçkünlər mənzillərlə təmin edilib: "Amma nə qədər yaxşı şərait yaradılsa da, həmin insanlar öz doğma yurdlarına qayıtmaq istəyirlər, yaşlı insanlar öz torpaqlarını görməyə can atırlar. Qarabağ, Suriya, Əfqanıstan məcburi köçkünləri xeyli əziyyət çəkirlər. Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun”.
O, Heydər Əliyev Fondunun gördüyü işlərlə bağlı məlumat verib.

Mehriban Əliyeva həmçinin vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir, ölkədə tolerantlıq mövcuddur: "Əhalimizin əksər hissəsinin müsəlman olmasına baxmayaraq, digər dinlərə məxsusi nsanlar da sərbəst yaşayırlar”.

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri qeyd edib ki, Azərbaycanda 300-dən çox dini icma var: "Ən mühün nailiyyətlərdən biri Azərbaycan cəmiyyətində tolerantlığın mövcud olmasıdır. Biz gələcəyə nikbin yanaşırıq”. Mehriban Əliyeva Azərbaycanın inkluziv cəmiyyətin yaradılmasında maraqlı olduğunu vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol