• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Laçının işğalından 24 il keçir

Laçının işğalından 24 il keçir
18.05.2016 09:00
Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 24 il keçir.

Oxu.Az xəbər verir ki, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ "de-fakto” Ermənistana birləşdirilib.

İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçının işğalından 24 il keçir
Siyasət 09:00
Laçının işğalından 24 il keçir
İlham Əliyev Barak Obama ilə görüşdü
Siyasət 09:30
İlham Əliyev Barak Obama ilə görüşdü
Daha bir icra başçısı vəzifəsindən azad edildi
Siyasət 17:06
Daha bir icra başçısı vəzifəsindən azad edildi
Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin edildi
Siyasət 16:44
Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin edildi
İlham Əliyevdən MTN-lə bağlı YENİ SƏRƏNCAM
20:48
İlham Əliyevdən MTN-lə bağlı YENİ SƏRƏNCAM
İlham Əliyev bu qanuna  dəyişikliyi təsdiq etdi
10:25
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiq etdi
İlham Əliyev Avropa Parlamentinin qətnaməsinə münasibət bildirdi
18:17
İlham Əliyev Avropa Parlamentinin qətnaməsinə münasibət bildirdi
Prezidentdən yanğınla bağlı XÜSUSİ GÖSTƏRİŞ
16:58
Prezidentdən yanğınla bağlı XÜSUSİ GÖSTƏRİŞ
Ramil Usubov rəisləri yoxlamağa başladı
11:49
Ramil Usubov rəisləri yoxlamağa başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol