• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev Vanino Kitini qəbul etdi

İlham Əliyev Vanino Kitini qəbul etdi
26.05.2016 16:04
Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, İtaliya-Azərbaycan əlaqələrinin çoxşaxəli olduğunu və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin daha da inkişaf etdirilməsində parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu qeyd edib.

Azərbaycan ilə Avropa İttifaqı arasında da səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən dövlətim başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana uğurlu səfərlərini və Federika Moqerini ilə Vyanada keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Azərbaycanın Avropa İttifaqına üzv olan 8 ölkə ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlərin imzalandığını və qəbul edildiyini bildirən Prezident İlham Əliyev bu ölkələrdən birinin də İtaliya olduğunu vurğulayıb.

Bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirən dövlətimizin başçısı Avropa İttifaqının, İttifaqa üzv olan ölkələrin və Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyib.

İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən dövlət başçısı səfərin ikitərəfli və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müzakirə edilməsi baxımından önəmli olacağını deyib.

Senator Vanino Kiti Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm ölkələrdən biri olduğunu vurğulayıb. Vanino Kiti deyib:

"Azərbaycanın əhəmiyyəti yalnız təbii sərvətləri ilə bağlı deyil. Azərbaycan müsəlman ölkəsidir və dünyəvi dövlətdir, bunun çox böyük əhəmiyyəti var”.

O, eyni zamanda, bildirib ki, Azərbaycan terrorizmə, ekstremizmə və radikalizmə qarşı qətiyyətlə mübarizə aparan bir dövlətdir. Vanino Kiti ikitərəfli əlaqələrimizin yaxşı nümunəsi kimi İtaliya ilə Azərbaycan arasında mövcud olan dostluq əlaqələrini xüsusi qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol