• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa gedən moldovalı jurnalist işdən çıxarıldı

Qarabağa gedən moldovalı jurnalist işdən çıxarıldı
28.05.2020 23:48

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Moldovanın "TV7” telekanalının çəkiliş qrupunun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsi və oradan reportaj hazırlaması barədə erməni KİV-in yaydığı məlumatları şərh edib.

Oxu.Az-a danışan XİN rəsmisi bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələni nəzarətə götürüb və Moldovanın "TV7” telekanalının rəhbərliyinə müraciət edərək bu faktı araşdırıb.

Məlumata əsasən, "TV7” telekanalının rəhbərliyi Azərbaycanın Moldovadakı Səfirliyinə məktubla müraciət edərək yaranmış vəziyyətə görə üzrxahlığını ifadə edib.

Belə ki, kanalın rəhbərliyi hazırlanmış reportajın "TV7” telekanalında efirə getmədiyini bildirərək, müvəqqəti olaraq daxili istifadə üçün yalnız videohostinq-də yerləşdirildiyini bildirib. Münaqişəyə münasibətdə müəllifin baxışı ilə kanalın redaksiya siyasəti arasında uyğunsuzluğu əsas götürərək yekunda kanalın redaksiyası bu verilişi efirə verməkdən qəti imtina edib.

Məktubda o da qeyd olunur ki, hazırkı süjetin müəllifi və artıq "TV7” telekanalından xaric edilmiş Lyuba Maksim kənar şəxslər üçün qapalı olan video linki onun işğal olunmuş Azərbaycan ərazilərinə səfərini təşkil etmiş Brüsseldə yerləşən "European Friends of Armenia” erməni lobbi və diaspor təşkilatına göndərib.

Kanal rəhbərliyi məktubunda keçmiş əməkdaşın qeyri-dürüst əməllərinə görə, özünü zərər çəkmiş tərəf hesab etdiyini bildirib və bir daha ən səmimi üzrxahlığını ifadə edib.  

Hikmət Hacıyev əlavə edib ki, "European Friends of Armenia” təşkilatı isə Ermənistan KİV ilə birlikdə YouTube-da yerləşdirilmiş bu videonu yalandan Moldova televiziyasında efirə getmiş veriliş kimi təqdim etməyə çalışıb:

"Amma aparılmış araşdırma və kanalın rəhbərliyinin müdaxiləsi nəticəsində bu yalan ifşa olunub. YouTube videohostinqindən də bu video silinmişdir".


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol