• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağ münaqişəsinin həlli niyə gecikir? - SƏBƏBLƏR

Dağlıq Qarabağ münaqişəsinin həlli niyə gecikir? - SƏBƏBLƏR
28.05.2020 20:55
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ləngimənin birinci səbəbi odur ki, dünyanın başı qarışıqdır”.
 
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
 
O bildirib ki, hazırda həmsədr ölkələr olan Rusiya, Fransa və ABŞ-ın başı özünə qarışıb:
 
"ABŞ-da dörd ildən bir gedən seçki prosesi ən mühüm hadisədir. Bu cür seçki prosesi isə daha çətindir və ermənilərin əlinə fürsət verir. Bu il prezidentlərin iki görüşü oldu. Vyanada Azərbaycan üzərinə heç bir öhdəlik götürməmişdi.  Sankt-Peterburqda prezidentlər bəyanat verdi. O görüşdə mən də iştirak etmişdim. Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllinə ciddi maraq və səy göstərdiyini gördüm. Bu, bizi bir az ruhlandırdı. Putin sözünü deyəndə üstündə durandır. Biz gözləyirdik ki, bu, bir nəticə verəcək. Amma o tərəfdə də müəyyən işlər var və öz işləri də çoxdur. Proseslər davam edir. Con Kerrinin bəyanatı başqa yerlərdə də bənzər bəyanatların verilməsinə gətirib çıxardı. Bu, yaxşı hal deyil. Böyük dövlətlər ümumiyyətlə, dünyada nüfuz qazanmaq istəyirlərsə, kiçik ölkələrdəki münaqişələri ədalətli həll etməlidirlər. Bu, onlara güclü etimad yaradar. Böyük dövlətlər bu məsələdə uğur qazana bilmir, hansısa maraqlar razılaşma əldə etmələrinə mane olur. Biz mövqeyimizdə qalırıq. Nazirlərin dekabr görüşündə geniş fikir mübadiləsi aparılacaq”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol