• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: "Azərbaycan diasporu yox vəziyyətdədir"

Asim Mollazadə: "Azərbaycan diasporu yox vəziyyətdədir"
29.05.2020 00:47
Beynəlxalq ictimai-siyasi arenadakı Azərbaycan diasporunun fəaliyyəti haqqında kifayət qədər tənqidi fikirlər səslənir.
 
İddialara görə, Azərbaycan diasporunun fəaliyyət sferasında axsamalar var və bunun səbəbi onların güclü təşkilatlanmamasıdır.
 
Təl-Əviv-Bakı münasibətlərinin daha da yaxşılaşması fonunda isə  yəhudi lobbisi ilə Azərbaycan diasporunun fəaliyyətinin birgə koordinasiya edilməsi gündəmə gəlir. Daha doğrusu, Azərbaycan diaspor təşkilatlarının dünyanın ən güclü, nüfuzlu lobbisindən dəstək alması məsələsi aktuallaşır.
 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə mövzu haqda Modern.az saytına danışıb.
 
Deputat deyib ki, son illər Azərbaycan diasporu ilə yəhudi  lobbisi arasında əməkdaşlıq genişlənib.
 
"ABŞ-dan, Avropadan Azərbaycana gələn yəhudi icmasının nümayəndələri ölkəmiz haqqında çox yüksək fikirdədirlər. Onlar Azərbaycanın tolerant ölkə olduğunu və burada yəhudilərə tarixi münasibəti görürlər. Onlar ölkələrinə dönəndən sonra Azərbaycana erməni yalanlarını ifşa etmək üçün böyük dəstək verirlər”-deyə A. Mollazadə bildirib.
 
O qeyd edib ki, bu dəstəyi daha çox ABŞ-da görmək olar.  Komitə üzvü Azərbaycan diasporunun fəaliyyətindən narazılığını da dilə gətirib:
 
"Biz bu dəstəyi daha çox ABŞ-ın bir neçə ştatında görmüşük. Bu əməkdaşlıq günü-gündən artır. Azərbaycan-İsrail tərəfdaşlığı da bu prosesə öz müsbət təsirini göstərir.
 
Xocalı soyqırımı ilə bağlı Amerikanın 20 ştatında qərarlar qəbul edilib. Bu qərarların arxasında hər zaman yəhudi icması bizə dəstək verib.
 
Etiraf edək ki, Azərbaycan diasporu yox vəziyyətdədir. Çox təəssüf ki, bizim qardaş Türkiyədə də türk icmaları yaxşı fəaliyyət göstərmir.  
 
Türkiyənin müdafiəsinə bir neçə azərbaycanlı qalxır. Biz bu istiqamətdə türklərlə lobbi fəaliyyətini gücləndirməliyik. Türklərin yaşadığı ölkələrdə Azərbaycan diasporu ilə birgə güclü təşkilatlanma olmalıdır.
 
Çox təəssüf ki, bu proses yox səviyyəsindədir. Yeganə təşkilatlanmış və Azərbaycana dəstək verən məhz yəhudi icmasıdır. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra bu əməkdaşlıq daha da güclənəcək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol