• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

İlham Əliyev sərəncamlar imzaladı

İlham Əliyev sərəncamlar imzaladı
21.01.2017 16:16
Azərbaycan prezidenti İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 484-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
 
ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Nazirlər Kabineti 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Sonra İlham Əliyev "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 483-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
Siyasət 22:46
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Siyasət 21:16
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq
Siyasət 09:48
Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq
Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH
Siyasət 14:14
Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH
Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər
Siyasət 10:47
Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər
Bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır
Siyasət 09:48
Bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır
İlham Əliyev sərəncamlar imzaladı
Siyasət 16:16
İlham Əliyev sərəncamlar imzaladı
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
Siyasət 12:28
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol