• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq

Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq
27.01.2017 09:48
Fransa Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən   "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə APA "Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Konstitusiya Məhkəməsinin qərarında mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb.

"Bu qanun tətbiq ediləcəyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir”, - deyə Konstitusiya Məhkəməsinin qərarında bildirilir.  

Qeyd edək ki, qanunun ötən ilin oktyabrında  Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olub.

Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun yekun qərarın qəbul olunması üçün Konstitusiya Məhkəməsinə göndərilmişdi.  

Qeyd edək ki, adıçəkilən qanunda uydurma "erməni soyqırımı”nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
Siyasət 22:46
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Siyasət 21:16
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq
Siyasət 09:48
Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq
Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH
Siyasət 14:14
Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH
Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər
Siyasət 10:47
Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər
Bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır
Siyasət 09:48
Bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır
İlham Əliyev sərəncamlar imzaladı
Siyasət 16:16
İlham Əliyev sərəncamlar imzaladı
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
Siyasət 12:28
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol