Xəbər portalının rəhbərinə xəbərdarlıq edilib
Azərbaycan Respublikası Baş Prokurorluğunda
aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, "Azərbaycan 24” xəbər portalının internet saytında, eləcə də "You
Tube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalında cari il
fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri
cəbhəboyu ərazilərdə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif
istiqamətlərdən Azərbaycanın mövqelərinə soxulmağa cəhd göstərərkən baş verən
döyüşlərdə qəhrəmancasına həlak olmuş hərbçilərimizin meyitlərini və digər
informasiyaları əks etdirən videogörüntülər yerləşdirilmişdir.
www.ann.az
Bununla
əlaqədar, xəbər portalının baş
redaktoru Elgün İbrahimov Baş Prokurorluğa dəvət edilərək, "Prokurorluq
haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu portalda hərbi sirr
təşkil edən, düşmən tərəfinin maraqlarına xidmət
edən informasiyaların
yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların
ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə
nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız