• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Ter-Petrosyan: "Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır"

Ter-Petrosyan:
29.03.2017 13:00
1991-1998-ci illərdə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.

ANN.Az report-a istinadən xəbər verir ki, o, bu sözləri "Kentron" erməni telekanalının efirində deyib.

"Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq", - deyə Levon Ter-Petrosyan qeyd edib. Sabiq prezident vurğulayıb ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır.

Sabiq prezident Madrid prinsiplərinə dəstək verdiyini gizlətməyib. "Əgər Serj Sarkisyan (Ermənistan prezidenti) bu yolla getsə, onda mən sona kimi onun yanında olacam", - o bildirib.

Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqresi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
Ter-Petrosyan:
Siyasət 13:00
Ter-Petrosyan: "Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır"
Birinci vitse-prezident Bakı merinə sual verib – VİDEO
Siyasət 11:28
Birinci vitse-prezident Bakı merinə sual verib VİDEO
Xəbər portalının rəhbərinə xəbərdarlıq edilib
Siyasət 19:22
Xəbər portalının rəhbərinə xəbərdarlıq edilib
Ayaz Mütəllibov:
13:45
Ayaz Mütəllibov: "Bu, Müsavat Partiyasının manipulyasiyalarından biridir"
Azərbaycanda hansı qadınlar icra başçısı olub? - SİYAHI
13:21
Azərbaycanda hansı qadınlar icra başçısı olub? - SİYAHI
Azərbaycanda 20 ildir deputat olanlar yenidən namizədliklərini irəli sürəcəklərmi? - SORĞU
12:55
Azərbaycanda 20 ildir deputat olanlar yenidən namizədliklərini irəli sürəcəklərmi? - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol