• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkilləri: Rusiya-Azərbaycan münasibətləri pozula bilər

Millət vəkilləri: Rusiya-Azərbaycan münasibətləri pozula bilər
28.05.2020 23:43
"Azərbaycanda fəaliyyət göstərən Rusiya QHT-lərinin fəaliyyəti yoxlanılmalıdır”.

"Bəzi qüvvələr var ki, Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa çalışırlar. İki ölkə prezidentlərinin münasibəti normaldır”.

Anews.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Arif Rəhimzadə deyib.

O bildirib ki, bu cür addımlar iki ölkə arasındakı münasibətlərə kölgə salır.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, ona görə də tərəfsizliyini nümayiş etdirməlidir: "Biz bunu görmürük. Ola bilməz ki, hansısa qeyri-hökumət təşkilatının sənədlərində problem olmasın. Bu, həll edilə bilən bir şeydir”.

Deputat Əli Hüseynli də çıxışında qeyd edib ki, Rusiyanın bu qərarı anlaşılan deyil: "Son illər Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub. Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq”.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun sözlərinə görə, "Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi hər kəsi narahat edir. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri həmişə yaxşı olub. Buna baxmayaq, Rusiyada bəzi dövlət məmurları öz maraqlarını üstün tutaraq bu cür addımlar atır”.

O bildirib ki, Azərbaycanda rus məktəbləri fəaliyyət göstərir: "Ermənistanda isə heç rus dilində bağça yoxdur. Biz beynəlxalq təşkilatların Rusiyaya qarşı mövqeyi fərqli olanda da həmişə neytrallığımızı qoruyuruq. Amma qarşı tərəf bunu nəzərə almır. Bununla bağlı Rusiya hökumətinə müraciət olunmalıdır. Bu cür addımlar münasibətlərin pisləşməsinə rəvac verir. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq müraciət edəcəyəm ki, Azərbaycanda fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatlarının fəaliyyəti yoxlanılsın, onlar hesabat versinlər”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol