• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda erməniləri öldürən gizli qatil

Qarabağda erməniləri öldürən gizli qatil
28.05.2020 21:59
Xankəndidə gəzən kabus bütün Ermənistanın yuxusunu əlindən alıb

Erməni mətbuatı Qarabağda həlak olmuş Exeqnadzor (Dərələyəz - red.) sakini Vazgen Poqosyanın ölümündə əsas günahı Rusiyada görür.
İstiPress-in məlumatına görə, "ArmenianReport”da məsələ ilə bağlı məqalə yazmış erməni jurnalist Razmik Akopcanyan "ArmenianReport”da yazdığı məqaləsində bütün problemin Rusiyanın qarşısında boyun əymiş erməni hakimiyyət təmsilçilərində olduğunu vurğulayır:

"Dözün, ataman olacaqsız! Halbuki, onlar artıq atamandırlar. Ermənistanı işğal etmiş və heç yana getmək istəməyən Rus Dünyasının atamanları”.
Vazgen Poqosyanın ölümünə toxunan Razmik Akopcanyan bunu Ermənistan hakimiyyətinin Rusiya qarşısında əyilməsi ilə bağlayır:
"Bu, bizim hakimiyyətdə olanların qorxaqlığının qiymətidir. Bu, kasıb ailələrdən olan uşaqların yeni qurbanlarıdır. Belə qurbanların nə qədər olacağını kimsə bilmir”. 

Erməni jurnalist Aram Amatuni "1in.am” saytı üçün yazdığı məqaləsində bütün problemlərin prezident Serj Sarkisyanın Qarabağ münaqişəsi üzrə danışıqları inhisarlaşdırmasında görürür. Erməni dilində dərc olunan "Haykakan jamanak" qəzeti isə Serj Sarkisyanın bu inhisarçılığının inkişaf edərək şəxsiyyətə pərəstişə çevrildiyini qeyd edib. Qəzetin yazdığına görə, Serj Sarkisyan öz fotoşəkillərinin məktəb divarlarına yerləşdirilməsi üçün 32 min dollara yaxın vəsait xərcləyib.

Erməni mətbuatını diqqətlə izlədikdə münaqişə başlanandan keçən 30 il ərzində erməni ictimaiyyətinin heç dəyişmədiyinə əmin olmaq mümkündür. Ermənilər hələ də sovet illərindəki kimi özlərinin xüsusi imtiyazlı millət olduqlarına, Rusiyanın Qarabağı alaraq zorla Ermənistana birləşdirməli olduğuna inanırlar. Qorbaçov vaxtında verilmiş vədləri yerinə yetirmədiyindən Rusiya düşmənə çevrilib.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol