• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərə böyük şok: Erməni tərəfi yeddi rayonu güzəştə gedəcək

Ermənilərə böyük şok: Erməni tərəfi yeddi rayonu güzəştə gedəcək
29.05.2020 00:57
Erməni politoloq, "Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur.

Onun sözlərinə görə, Azərbaycan sərhəddə lokal hərəkətlərlə yorucu müharibə aparır. "Bunun nəticəsi odur ki, ötən il Ermənistandan və Qarabağdan miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaq, ərazi ikincidir, ilk olan xalq və həmin torpağı qoruya biləcək insanlardır”, – virtualaz.org xəbər verir ki, bunu "Aravot”a müsahibəsində Papyan deyib.

Silahlanmadan danışan Papyan hesab edir ki, iş Ermənistanın tez-tez söz açdığı "İskəndər”lərin tətbiqinə gəlib çatmayacaq. "İskəndər” alternativin qalmadığı hallarda əl atılacaq son silahdır”, – politoloq bildirib.

Qeyd edək ki, Papyan əvvəllər də Ermənistanda yaranmış vəziyyət barədə səs-küylü bəyanatlar verib. Bir neçə ay öncə o, Qarabağda baş verənləri "sürünən müharibə” adlandırmış və demişdi ki, hərbi əməliyyatların davam etdirilməsinin Xankəndinin üzərində bayrağın dəyişməsinə gətirib çıxaracağını Ermənistanda gözəl anlayırlar.

Keçmiş səfirin fikrincə, hadisələrin inkişafının daha bir variantı budur ki, "erməni tərəfi yeddi rayonu güzəştə gedəcək və əvəzində Dağlıq Qarabağ üçün aralıq status alacaq. İstək olduğu halda bunu qarşılıqlı güzəşt adlandırmaq olar. Deyəcəklər ki, bəs yeddi rayonu güzəştə getdik, onlar da Dağlıq Qarabağ üçün statusu güzəştə getdilər və gələcək barədə hansısa vədləri verdilər. Fəqət bunlar müqayisə ediləcək güzəştlərdirmi? Əlbəttə ki, yox! Bu qarşılıqlı güzəşt deyil, təslimçilikdir. Azərbaycan Prezidenti İlham Əliyev ilk mərhələdə 5, sonra 2, daha sonra isə 5 rayonu almaq, dördüncü mərhələdə Zəngəzuru, sonda isə İcevanı əldə etmək istəyir. Bu da olacaq. Əliyev həmişə səmimi olub və artıq neçə ildir deyir ki, hər şeyi almaq istəyir. O heç vaxt deməyib ki, mənə bir hissəni verin, bununla kifayətlənim”.   (virtualaz.org)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol