• $
  • €
  • ₽
  • ₺
  • £

Əsgərlərimiz dağ ətəyində bu qız üçün oxudular

Əsgərlərimiz dağ ətəyində bu qız üçün oxudular
28.05.2020 18:44
Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat dəstəsi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə, o cümlədən ön xətdə döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a bildiriblər ki, görüşlər zamanı səyyar təbliğat dəstəsinin üzvləri müxtəlif mövzularda əsgərlərlə söhbətlər aparıb, hərbi qulluqçuların döyüşə hazırolma vəziyyəti, əsgər və zabitlərin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidmət, qidalanma və digər məsələlərlə tanış olublar.

Ziyarətin başlıca məqsədi hərbi qulluqçuların mənəvi-psixoloji ruhunu yüksəltmək üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərb tariximizin öyrənilməsi, hərbi ənənələrin təbliği, müharibə veteranlarını gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə daha fəal cəlb etmək və vətəndaşlıq borcunu yerinə yetirən şəxsi heyətə mənəvi dəstək olmaqdır.

Hərbi qulluqçularla keçirilən görüşlərdə döyüş hazırlığında nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi və mənəvi-psixoloji hazırlıq mövzularında söhbətlər aparılıb, "Vətən Uğrunda” Səyyar Təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Tədbirlərdə Qarabağ müharibəsi Veteranları Dilqəm Əliyev, İlham Əliyev, Valeri Behmetov, Əlyar Novruzov, Ülvi Xəlilov, Veysəl Əliyev, Fəxrəddin Məmmədov və Əli Ziyadov ön xətdə düşmənlə üz-üzə dayanmış şəxsi heyətlə mütəmadi görüşlərə böyük məmnuniyyətlə gəldiklərini bildirərək, əsgərlərə müharibə dövrü ilə bağlı xatirələrini danışıb, bilik və təcrübələrini bölüşüblər. Birgə həyata keçirilən belə tədbirlərin mənəvi-psixoloji təsiri və əhəmiyyəti nəzərə alınaraq bu xarakterli görüşlərin davamlı olmasının vacibliyi qeyd edilib.

Daha sonra əsgərlərlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüşlər, idman yarışları ilə yekunlaşıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol