• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Bolqarıstana rəsmi səfərə dəvət edilib

İlham Əliyev Bolqarıstana rəsmi səfərə dəvət edilib
28.05.2020 21:56
Bolqarıstan prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.

Anews.az-ın xəbərinə görə, prezidetin mətbuat xidmətinin yatdığı məlumatda deyilir ki, Rumen Radev dövlət başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Bolqarıstan prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən prezident İlham Əliyev, öz növbəsində, Bolqarıstan prezidenti Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Bolqarıstan prezidenti "Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol