• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə F-35 təyyarələri ilə İrəvanı vurmağa hazırlaşır - İDDİA

Türkiyə F-35 təyyarələri ilə İrəvanı vurmağa hazırlaşır - İDDİA
28.05.2020 21:57
Amerika Erməni Milli Komitəsi (ANCA) və Amerikanın yunan liderləri Şurası (HALC) Birləşmiş Ştatların Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının satışını əngəlləmək üçün birgə fəaliyyətə başlayıb.

Virtualaz.org xəbər verir ki, erməni və yunan lobbi təşkilatları birgə bəyanatla çıxış edərək ABŞ-ın Türkiyəyə ən müasir döyüş təyyarələrini satmaqdan çəkindirməyə çağırıb.

"Amerikanın ən müasir döyüş vahidlərinin elə bir ölkəyə düşüncəsizcəsinə satışına qarşı birgə mübarizəyə çağırırıq ki, həmin ölkə bu təyyarələri Amerika qoşunlarına və ya bizim regional müttəfiqlərimizə, o cümlədən Yunanıstana, Kiprə, İsrailə və Ermənistana qarşı tətbiq edə bilər”-Amerika Erməni Milli Komitəsinin saytında yerləşdirilmiş birgə bəyanatda deyilir.

Bəyanatda erməni və yunan təşkilatları ABŞ vətəndaşlarını öz dairələrindən senatorlara müraciət edərək onlardan F-35 qırıcılarının Türkiyəyə satılmasının qarşısını almağı xahiş etməyə çağırır.

Türkiyə ABŞ-ın "Lookhed Martin” hərbi sənaye korporasiyasından cəmi 100 ədəd F-35 qırıcısı sifariş verməyə hazırlaşır. Bu təyyarələrin istehsalına dair proqram 2002-ci ildə Türkiyənin də qoşulduğu 9 ölkədən ibarət konsorsium tərəfindən dəstəklənir. Türkiyə birincə mərhələdə 20 ədəd F-35 təyyarəsi sifariş verib. Daha 10 ədəd təyyarənin sifarişinə dair razılaşma əldə olunub. Müqaviləyə əsasən təyyarələrdən ikisi bu il ərzində Türkiyəyə təhvil veriləcək və Hərbi Hava Qüvvələrinin arsenalına daxil ediləcək. 2019-cu ildən etibarən isə təyyarələr ildə 4 ədəd olmaqla Türkiyəyə təhvil verilməlidir.

Ötən il "Lookhed Martin” şirkəti İsrailə bir neçə F-35 təyyarəsini çatdırıb. Bu təyyarələr radarlara yaxalanmır və yüksək döyüş qabiliyyətinə, manevr
imkanlarına malikdir. Dördüncü nəsil təyyarələrə nisbətən havada döyüş gücü dörd dəfə, quruya zərbə endirmək imkanları 8 dəfə artıqdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol